Bütün dövrlərin ən yaxşı 100 filminin SİYAHISI

20.01.2018 - 09:41

“IndieWire”  internet portalı “Rotten Tomatoes” saytının istifadəçiləri arasında keçirtdiyi sorğu əsasında ən yaxşı filmlərin siyahısını hazırlayıb.

Publika.az xəbər verir ki, siyahıda ən azı 40 resenziya yazılan ekran əsərləri daxil edilib. Siyahıya rejissor Viktor Fleminqin “Oz ölkəsinin sehrbazı” (1939) musiqili filmi liderlik edir. Hesabında iki “Oskar” mükafatı olan bu ekran əsəri 1998-ci ildə ən yaxşı 10 Amerika filmi siyahısına daxil olub.

İstifadəçilərin səsverməsinə görə, siyahının ikinci sırasında Orson Uellsin “Vətəndaş Keynə” (1941) filmini qərarlaşıb. Bu əsər bu günə qədər hazırlanan əksər siyahılarda ilk pillələrdə qərarlaşıb. Britaniyanın “Sight and Sound” jurnalının reytinqində bu film ardıcıl olaraq 5 dəfə birinci yeri tutmuşdu.

Ardıcıllıqda üçüncü yerdə isə Cordan Pilin “Uzaq ol” qorxu filmi yer alıb. İlk 10-luqda “Quduz Maks: qəzəb yolu” (2015, Corc Miller) və “Inside Out” (Qıfılbənd) cizgi filmi (2015, Pit Doker, Pixar) də daxildir.

Short URL: http://www.cumhuriyyet.net/?p=110471

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31