Ağsuda 36 yaşlı qadın işıq borcuna görə intihar etdi – TƏFƏRRÜAT

25.01.2018 - 14:18
Yanvar ayının 24-də Ağsu rayonunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.
Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub. İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərovun ölkə.az-a verdiyi məlumata görə, “Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədilər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardımda kəsilib. Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər. Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.
Hazırda üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=111024

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31