“Milan” 9 il əvvəlki məğlubiyyətsizlik göstəricisini təkrarlayıb – VİDEO

01.03.2018 - 12:12

İtaliyanın “Milan” futbol komandasının baş məşqçi Cennaro Qattuzonun rəhbərliyi altında məğlubiyyətsizlik seriyası 13-ə çatıb.

“Report” xəbər verir ki, “rossonyerlər” buna İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab matçında “Latsio”nu üstələməklə nail olublar. Həm ilk, həm də cavab oyununun əsas və əlavə vaxtında hesab açılmayıb. “Milan” rəqibinə penaltilər seriyasında qalib gəlib – 5:4.

“Qırmızı-qaralar” sonuncu dəfə 2009-cu ildə ardıcıl 13 görüşdə uduzmayıb.

Qeyd edək ki, “Milan” mayın 9-da keçiriləcək final matçında “Yuventus”la qarşılaşacaq. Bu komanda, həmçinin Avropa Liqasının 1/8 finalında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək. İlk oyun martın 8-də Milanda, cavab oyunu isə bir həftə sonra Londonda keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=114324

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31