“Space”in canlı efirində dava – “Ona-buna pul atan aparıcı…”

15.03.2018 - 13:11

Tanınmış aparıcı Kamran Həsənli bir neçə illik fasilədən sonra yenidən efirə qayıdıb

“Qafqazinfo” xəbər verir ki, Space TV-də yayımlanan “Onda başladıq” adlı verilişdə qalmaqal meydana gəlib.

Belə ki, Kamran Həsənli ilə qonağı Afaq Aslan arasında gərgin anlar yaşanıb. Kamranın “Afaq xanım da müğənni olmaq istəyir” sözü qarşı tərəfi özündən çıxarıb.

Cavab vermək istəyən Afaqa aparıcı mane olub.  O, “Mən sizə söz verməmişəm, hələ özüm danışıram. Ancaq sizə söz verəndən sonra danışa bilərsiz. Tələsməyin”- deyib.

Daha sonra Afaq bu günə kimi Kamran Həsənlini tanımadığını bildirib və ona Samir Piriyevlə yaşadığı qalmaqalı xatırladıb:

“Kamran Həsənlini ilk dəfədir ki, görürəm, tanımırdım. Verilişin mövzusu mən deyiləm. Sizi Samir Piriyevlə davanızdan sonra tanımışam. Mən özümə hörmət qoyan aparıcı olsaydım, o söhbətlərdən sonra efirə çıxmazdım. Niyə məni müzakirə edirsiz? Sənə reytinq lazımdır”.

Aparıcı ifaçının sözlərinə reaksiya verməyə çalışıb: “Afaq xanım sizə hələ sual verməmişəm. Soğan yeməmisizsə, içiniz niyə yanır? Sizin kimi insanlar televiziyanın qaydalarını pozurlar. Siz heç bir qaydanı tanımaq istəmirsiz. Çox ədəbsizlik edirsiz? Bu ədəbsizliyə son qoymaq üçün istəyirik efirdə bu məsələni müzakirə edək”

A.Aslan “Ona-buna pul atan hansısa bir aparıcı mənim adımı necə çəkə bilər?” – deyib. Kamran Həsənli isə ondan canlı efiri tərk etməsini istəyib.  Daha sonra Afaq  proqramdan gedib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=115516

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31