“Azərbaycan” futbol komandası “Kareliya kişi oyunları” idman festivalında 1-ci yeri tutub-FOTOLAR

14.08.2018 - 11:15

Rusiyanın Kareliya Respublikasında  Pryajin rayonunun Essoyla qəsəbəsində keçirilən “Kareliya kişi oyunları”nda milli komandalar arasında  rayonlararsı mini-futbol yarışında  “Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin “Azərbaycan” yığma komandası 1-ci yeri tutub.

Turnirin təşkilatçısı qismində “Nyorus Vyaqi”(Gənclik və qüvvə)- gənclərə  yerli xalqlara dəstək yerli içtimai təşkilat çıxış edib.

Ümumrusiya “Sağlamlaşdıran idman –hər bir aliləyə!” aksiyası çərçivəsində “Ümumrusiya bədən tərbiyəsi”gününə həsr olunmuş idman və bədən tərbiyəsi tədbirləri bütün Kareliyada keçirilib.

“Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional  ictimai təşkilatının aktivistləri də bu tədbirlərdə ən aktiv iştirak edənlərdən oldu.

“Azərbaycan” futbol komandası milli ictimai təşkilatları  təmsil edən , rayonun,şəhərin,qəsəbələrin idman  komandaları arasında turnirdə 1- ci yeri tutdu və əsas kuboku qazandı.Əsas priz isə futbol topu idi.Bundan başqa komanda “Nyorus Vyaqi” təşkilatı tərəfindən  “Fəxri Fərman”la təltif olundu.

“Odlar Yurdu”- “Azərbaycanlıların  milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional  ictimai təşkilatının sədri Akif   Quliyev  yarışla bağlı  bunları bildirdi :

“Biz Kareliyada keçirilən bir çox idman yarışlarında uğurla çıxış edən öz futbol komandamız  ilə fəxr edirik.

Bizim qəhrəmanlarımızın adını çəkmək istəyirəm.Bunlar məşqçi Kərim Həsənov və onun yetirmələri ,komandanın kapitanı Loğman Əhmədov,qapıçı Məmmədov Anar və oyunçular:Fərid Səfərli,Zəki Əkbərov,Elnur Bayramov,Renat Hüseynov,Ziyadxan Ömərov,Məmmədov Rəsuldur.

Onlar Kareliya azərbaycalılarını layiqli təmsil edirlər və biz onlara ürəklə azarkeşlik edirik.Bu  uşaqlar öz həmyerlilərinə yaxşı nümunə göstərirlər.

Biz ümid edirik ki,gələcəkdə Kareliyanın azərbaycanlı icmasının aktiv üzvləri digər idman növlərində də iştirak edəcək və yaxşı nəticələr göstərəcək”.

Biz  nəzərə almalıyıq ki,belə tədbirlər ilk növbədə sağlam  və aktiv həyat tərzinin təbliğatına xidmət edir.Buna görə də bu cür tədbirləri alqışlamaq və dəstəkləmək lazımdır.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121712

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930