Muzey Musiqili Teatra təşəkkür etdi

24.09.2018 - 08:37

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Musiqili Teatra təşəkkür məktubu göndərib. Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:

“Hörmətli Əliqismət müəllim!

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sentyabr ayının 12-də SSRİ Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun yaradıcılığına həsr olunmuş “Tahir Salahov-musiqiçilərin portreti” və 20-də Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı çərçivəsində SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi münasibətilə tədbirlər keçirilmişdir. Sizin rəhbərlik etdiyiniz teatrın solistləri – Əməkdar artist Nərgiz Kərimova və solist-vokalistTürkel Tariqpeyma tədbirlərdə yüksək səviyyədə çıxış etmişlər.”

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın imzaladığı təşəkkür məktubunda daha sonra qeyd olunur:

“Göstərdiyiniz köməkliyə görə şəxsən Sizə dərin təşəkkürümüzü bildiririk!”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122909

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930