Musiqili Teatrda həftəsonu 6 tamaşa nümayiş olunacaq-FOTO

15.02.2019 - 11:32

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 6 tamaşa nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatrda fevralın 15-də “Qafqazlı qardaşqızı” (R.Hacıyev), 16-da “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 17-də “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) əsərləri göstəriləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Balaca teatr həvəskarları fevralın 15-də “Bremen musiqiçiləri və Pen”ə (C.Barri, Qrimm qardaşları, səhnələşdirən A.Sadıqov) saat 13.00-da, fevralın 16-da “Düyməcik” (H.K.Anderson) və 17-də “Meşə çaqqalsız olmaz” (Ə.Səmədli) tamaşalarına isə saat 12:00-da baxa biləcəklər.

Qeyd edək ki, “Qafqazlı qardaşqızı” və “Düyməcik” səhnə əsərləri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.

Həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Əməkdar artistlər – Əzizağa Əzizov, Boris Qrafkin, Svetlana Bulax, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar – Möylə Mirzəliyev, Elxan İsmayılov, Nadir Xasıyev, Gülcahan Salamova, Firus Məmmədov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf Babayev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Pərvin Dadaşov, Murad Əliyev, Atəş Qarayev, Mehriban Rəcəbova, Valeriya İsgəndərova, Eleonora Mustafayeva, İbrahim Əlizadə, Zarina Qurbanova, Nigar Qarayeva, Roman Krasnov, İlona Sementyeva və azyaşlı aktyor – Rahib Məmmədzadə ifa edəcəklər.

Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126818

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031