“Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək

29.05.2019 - 22:47

Nar” 2019-cu il ərzində bir çox xidmətlər və məhsullar üzrə müştəri məmnuniyyətini daha da yaxşılaşdıracaq və növbəti pilləyə qaldıracaq yeniliklər edəcək. Bunu “Nar”-ın Marketinq üzrə direktoru Qəhrəman Kazımov “Qafqazinfo”ya müsahibəsində deyib.
“Nar”-ın qarşıdakı planları barədə məlumat verən Q.Kazımov bildirib ki, mobil operator bütün ölkə əhalisinin 4G internetinin sürətindən və rahatlığından faydalanması üçün şəbəkəsini daha da genişləndirməyi, xüsusilə də 4G şəbəkəsini hazırda tətbiq olunmayan regionlara penetrasiya etməyi nəzərdə tutub.
Qəhrəman Kazımov qeyd edib ki, 2019-cu il üçün ən mühüm planlardan biri satış şəbəkəsində ediləcək dəyişikliklərdir: “Ümumilikdə, 2019-cu ildə diler şəbəkəmizi daha müasir, geniş, eyni zamanda müştəri təcrübəsini daha da artıracaq kanala çevirmək kimi planımız var. Bunu ilk növbədə regionlarda yaşayan müştərilərimizə də şamil edirik. Bu gün “Nar” xidmət mərkəzlərinin və dilerlərinin mövcud olmadığı regionlarda yeni dükanların açılması nəzərdə tutulur. Eləcə də, diler şəbəkəsinin funksionallığının artırılması baxımdan xeyli işlər görüləcək”.
Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühitini dəyərləndirən Q.Kazımov deyib ki, həm şəbəkə keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm də bazara təqdim olunan məhsullar və onların qiymətləri ilə bağlı güclü rəqabət var. Hazırda “Nar”-ın bazardakı mövqeyi güclənməkdədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=128646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728