“Simeone çox qışqırırdı” – Qrizmann

29.07.2019 - 12:28

“Barselona”nın “Atletiko”dan transfer etdiyi Antuan Qrizmann keçmiş baş məşqçisi Dieqo Simeone ilə Kataloniya klubunun çalışdırıcısı Ernesto Valverdeni müqayisə edib.

Qol.az xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında məşqçilərin xarakterlərində fərq olduğunu deyən fransalı hücumçu qeyd edib ki, Simeone daha çılğındır: “Bu iki baş məşqçi bir-birindən çox fərqlidir. Simeone çox qışqırırdı, Valverde isə daha sakitdir. Onun çox dəqiq fikirləri var və komandadan nə istədiyini bilir”.

28 yaşlı hücumçu “Barselona”nın kapitanı Lionel Messi haqqında da danışıb: “Hər gün Messi ilə birlikdə oynamağı xəyal edirdim. Onunla məşq etmək, yanında oynamaq, ona məhsuldar ötürmə vermək mənim üçün çox gözəl olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=130634

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930