Gənclər üçün təsis edilmiş ilk “Yeni Nəfəs” Milli Kino mükafatı təqdim edilib

30.07.2019 - 12:24

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis edilmiş “Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib.

İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Müsavat.com-a bildirib ki, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə İttifaqın gənc üzvü Fariz Əhmədov “Yeni Nəfəs”( mükafatı 1000 manat) Milli Kino mükafatına layiq görülüb.

Bundan başqa, İttifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkarlara Həsən Seyidbəyli və Rasim Ocaqov adına medallar təsis edib.

Eyni zamanda Respublika Kinematoqrafçılar İttifaqı məşhur kinorejissor Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətiylə təqaüd təsis edib. Bununla yanaşı, kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar təsis edilib.

Mükafatlar 2 Avqust Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=130825

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728