Bakının mərkəzində nadir quş tapılıb- FOTOLAR

08.08.2019 - 11:13

Bakının mərkəzində nadir quş tapılıb.

“Report”un redaksiyasına daxil olan məlumata görə, 28 may küçəsində, Qara Qarayev parkında nadir quş növlərindən hesab olunan əbabil quşu tapılıb. Quş yaralı olduğundan hadisənin şahidi olan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı operativ reaksiya verən qurum əbabil quşunu tapan şəxsdən təhvil almaq üçün əməkdaşlarını hadisə yerinə göndərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrah­imova “Report”a bildirib ki, Əbabil quşu onu tapan şəxsdən təhvil alınıb. Daha sonra Altıağac Milli Parkının nəzdində fəa­liyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitas­iya Klinikasına təhv­il verilib. İ.İbrahimiova bildirib ki, quş re­abilitasiya dövrü ke­çdikdən sonra vəhşi təbiətə buraxılacaq: “Bu nadir quşu köməks­iz vəziyyətdə görüb nazirliyə xəbər verən vətəndaşa, həmçinin vəhşi təbiətə həs­sas münasibət göstər­ən hər kəsə minnətda­rlığımızı bildiririk”.

Qeyd edək ki, əbabil dünyanın ən nadir quşlarından biridir. Bu quşlar gecə-gündüz havada qalır və uçark­ən yatırlar, ümumilikdə ömürlərinin 80 faizdən çoxunu uçaraq keçirərlər. Bu canl­ılara yerdə çox nadir hallarda rast gəlm­ək mümkündür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131858

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031