Baş məşqçisi Ramil Şeydayev haqda – “Hücumçu qol vurmalıdır”
Rusiyanın “Dinamo” (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin “Lokomotiv”lə oyundakı çıxışını dəyərləndirib.
O ötən gün Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin qənaətbəxş oynadığını bildirməklə yanaşı ondan qol gözlədiyini də deyib:
“Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da keçəcək”.
Xatırladaq ki, görüş “Lokomotiv”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev bu matçda fərqlənə bilməyib. Ümumimlikdə isə 23 yaşlı forvard bu mövsüm Rusiya Premyer Liqasında 5 oyun keçirib və bir qol ötürməsi ilə yadda qalıb.
Qol.az
Short URL: http://www.cumhuriyyet.net/?p=132081