“Oyunla bağlı söyləyəcək tək bir şey var…” – Fatih Terim

07.11.2019 - 11:10

1965a72b-0ffb-448f-a9a6-6cfe7aa41081“Açığı, belə bir şey gözləmirdik. Oyunla bağlı söyləyəcək tək bir şey var – təəssüf. Böyük hesablı məğlubiyyətə təkcə üzülmədik, həm də utandıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Real Madrid”ə səfərdə 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

66 yaşlı mütəxəssis ilk 15 dəqiqədə 3 top buraxdıqdan sonra matçdan qopduqlarını söyləyib: “Təəssüf ki, oyuna 0:3 hesablı məğlubiyyətlə başladıq və bunun altından çıxmaq asan iş deyil. Meydanda mübarizə aparan bir komanda olmaq istəyirdik, bunu bacarmadıq. 10-15 il içində belə məğlubiyyətlərlə üzləşirik. “Real Madrid”ə uduza bilərsiniz, ancaq bu cür mübarizə və hesabla yox. Dekabra qədər matçlarımız üçün bu oyunçulara ehtiyacımız var. Ancaq bəzi mesajlar vermişəm”.

Terim məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: “Real Madrid” möhtəşəm idi, bunu qəbul etmək lazımdır. Amma qarşılarında da mübarizə aparmayan, dirənməyən bir komanda vardı. Onların işini asanlaşdırdıq. Problemləri həll edə bilmədiyim üçün məsuliyyəti özüm daşıyıram. Qəbahət məndədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136029

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930