Maykl Ceksonun corabları 1 milyon dollara satıla bilər

07.11.2019 - 17:30

Dünya pop musiqisinin kralı Maykl Ceksonun “Ay yerişi”ni oynadığı məşhur corabları Gotta Have Rock and Roll auksionunda satıla bilər.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, auksionda corabların başlanğıc qiyməti 100 min dollar olsa da, hərracın təşkilatçıları qiymətin bir və ya iki milyon dollara qədər yüksələ biləcəyini düşünürlər.

M. Cekson 1984-cü ildə uğurla baş tutan “Victory Tour”dan sonra modelyer Bill Uittenin hazırladığı corabları təşəkkür məktubu ilə birlikdə meneceri Frenk Dileoya hədiyyə edib. Bundan başqa, lot siyahısına Dileonun şəxsi kolleksiyasından M. Ceksonla birlikdə çalışdığı illərdə topladığı 50 əşya daxildir.

M. Cekson həmin corablarda ilk dəfə 1983-cü ilin martında səhnəyə çıxaraq “Billie Jean” mahnısını ifa edib.

Elə həmin konsertdəcə o, özünün məşhur “Ay yerişi”ni təqdim edib. Bundan sonra ay yerişi dünyanın ən məşhur rəqs texnikalarından birinə çevrilib.

Auksion noyabrın 13-dən 22-dək keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136092

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930