Zənginlərin sərvəti 6 trilyon dollara çatır – Bu il onlar daha da varlanıblarZənginlərin sərvəti 6 trilyon dollara çatır – Bu il onlar daha da varlanıblar

30.12.2019 - 11:34

Bu il Rusiyanın zəngin adamlarının sərvəti 21 faiz, yaxud 51 milyard dollar artıb. “Bloomberg” ən varlı 500 milyarderin indeksini açıqlayıb.

Agentlik bu artımı “yeni yaranan bazarların valyuta, səhm və istiqrazlar formasında aktivlərinin” dəyərində sıçrayışla əlaqələndirir. Bir il qabaq isə böyük itkilər yaşanmışdı.

Ən varlıların indeksində 23 rusiyalının adı sadalanır. Onların içində bircə sərvəti 9,6 milyard dollar olan Dmitri Rybolovlyev bu il 438 milyon dollar itirib.

Rybolovlyev sərvətinin əsas hissəsini on il qabaq Rusiyanın kalium gübrələri istehsalçısını 6,5 milyard dollara satmaqdan əldə edib. O, Rusiyanın Perm Tibb İnstitutunda tibb üzrə təhsil olub, 1990-cı ildə alim atasıyla birlikdə bizneslə məşğul olmağa başlayıb.

Rusiyanın qonşusu Ukraynadan siyahıya təkcə sənayeçi Rinat Əhmədov düşüb, onun sərvəti 812 milyon dollar artaraq 6 milyard dolları keçib.

Birləşmiş Ştatlardan milyarder siyahısında 172 nəfərin adı var, bu il onların sərvəti 500 milyard dollar artıb. ABŞ vətəndaşlarının 0,1 faizi ən varlılar qrupuna daxildir və 1929-cu ildən əri ilk dəfədir ki, ölkə iqtisadiyyatına ən böyük paya sahibdirlər.

Həyat yoldaşından ayrılmasına baxmayaraq, elektron ticarət maqnatı Cef Bezos hələ də dünyanın ən varlısıdır, 116 milyard dolları var. Ümumilikdə isə dünyanın ən zəngin 500 insanının sərvəti bu il 25 faiz artaraq 5,9 trilyon dollara çatıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=139936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930