“El Klasiko” koronavirusa görə təxirə salına bilər

29.02.2020 - 19:26

İspaniya La Liqasının XXVI turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” oyunu təxirə salına bilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas deyib.

O bildirib ki, koronavirusla bağlı problem böyüyərsə, sabahkı oyun baş tutmaya bilər. Həmçinin qarşılaşmanın boş tribunalar önündə keçirilməsi də istisna edilmir: “Madriddə koronavirus halı aşkarlanmayıb. Bu baş verərsə, “El Klasiko”nu azarkeşsiz keçirmək və ya təxirə salmaq kimi variantlara əl ata bilərik”.

Qeyd edək ki, “Santyaqo Bernabeu”da keçiriləcək oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Bu arada məlum olub ki, İtaliya A seriyasında XXVI turun 5 oyunu keçirilməyəcək. Belə ki, İtaliya Futbol Federasiyası ölkədə koronavirusun yayılması səbəbindən bu gün və sabah oynanılmalı olan matçları təxirə salmaq qərarına gəlib. Bunlar “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – “Spal”, “Sassuolo” – “Breşiya” və “Yuventus” – “İnter” qarşılaşmalarıdır. Federasiya həmin görüşlərin mayın 13-də keçiriləcəyini açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143310

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930