UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi

09.03.2020 - 10:51

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.

Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin Avropa Liqasının 1/16 finalının “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, ÇL-də 1/8 finalın PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) oyununa da azarkeşlərin buraxılmayacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=143717

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31