Olimpiya təsnifat turniri yarımçıq dayandırıldı

17.03.2020 - 10:58

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri yarımçıq dayandırılıb.

“Qafqazinfo” Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışın təxirə salınmazdan əvvəl baş tutan sonuncu – üçüncü gününün ikinci seansında Azərbaycan millisinin üç üzvü rinqə çıxıb.

Boksçularımızdan Tayfur Əliyev (57 kq) 1/8 finalda Edqaras Skurdelislə üz-üzə (Litva) gəlib. Rəqibi ilk hissədə qaşı partladığından döyüşü davam etdirə bilməyib və həmyerlimiz qalib elan olunub. 23 yaşlı boksçu 1/4 finala yüksəlməklə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

52 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov da Olimpiya vəsiqəsinə yaxın olub. Lakin 1/8 finalda Kosmin-Petre Girleanuya (Rumıniya) 2:3 hesablı məğlubiyyət bu hüququ rəqibə qazandırıb.

Yığmamızın üzvü Kamran Şahsuvarlı isə ikinci görüşündə ukraynalı Aleksandr Xijnyakla döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşmada dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi olan rəqib qələbə qazanıb.

Beləliklə, martın 24-də yekunlaşmalı olan Avropa Olimpiya Təsnifat Turniri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə dayandırılıb. BOK martın 14-də start götürən yarış may ayına qədər təxirə salınıb. Buna koronavirus pandemiyasının yayılma təhlükəsi səbəb olub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin 3 günündə Azərbaycan yığmasının digər boksçularından Cavid Çələbiyevlə (63 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib. Onlardan fərqli, Anaxanım Ağayeva (51 kq) və Rauf Rəhimov (91 kq) məğlub olub. Məhsəti Həmzəyeva (57 kq), Aynur Rzayeva (75 kq) Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə rinqə çıxmadan Londondan ayrılacaqlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=144112

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31