Klub prezidenti bütün futbolçuların müqaviləsini ləğv edib

20.03.2020 - 12:01

Koronavirus pandemiyasının kəskin şəkildə yayıldığı ölkələrdən olan İsveçrədə klublar radikal qərar qəbul etməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, bu baxımdan ilk addımı atan “Sion” futbolçularla müqaviləni ləğv edib.

Klub prezidenti Kristian Konstantin əvvəlcə oyunçulardan maaşlarında endirimə razı olmalarını istəyib. Lakin futbolçular buna müsbət cavab verməyib. Klub rəhbəri də vəziyyətdən çıxış yolunu onların hamısı ilə sözləşməni müvəqqəti olaraq pozmaqda görüb.

Qeyd edək ki, buna qədər futbolçularının maaşını 50 faiz azaldan ilk klub Şotlandiya təmsilçisi “Harts” olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=144234

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31