Koronavirus Bundesliqa klublarının bir qismini müflis edə bilər

04.04.2020 - 11:15

Bundesliqanın 36 komandasından 13-ü koronavirusa görə müflis ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Kicker” bildirib.

Məlumata görə, əgər oyunlar maya qədər yenilənməsə, ikinci Bundesliqanın yeddi klubu müflisləşə bilər. Daha iki klubun iyunda müflis olub sıradan çıxmaq ehtimalı mövcuddur.

Birinci Bundesliqada isə bu təhlükə dörd komandanı gözləyir. Bir klub mayda, üç komanda isə iyunda müflis olmaq riski ilə üzləşib.

COVID-19 infeksiyası riskinə görə bütün dünyada idman tədbirləri kütləvi şəkildə təxirə salınıb və ya ləğv edilib.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=144791

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31