Hindli aktyordan inanılmaz yardım: Unun içində…

28.04.2020 - 12:45

Məşhur hindli aktyor Amir Xanın yoxsul ailələrə qeyri-adi üsulda etdiyi yardım dünya mediasının gündəminə çevrilib.

Kult.az xəbər verir ki, aktyor ehtiyacı olan şəxslərə 1 kq un paylayacağını bəyan edib. Lakin yardımı az görən əksər insanlar bununla maraqlanmayıb.

Yalnız çox ehtiyacı olan yoxsullar təyin olunan məntəqəyə gələrək 1 kq miqdarında unu götürüblər.

Maraqlısı da elə bundan sonra baş verib. Yardımı evlərinə aparan şəxslər bağlamanı açanda unun içərisinə 15 min rupinin (təxminən 340 manat) qoyulduğunu görüblər.

Aktyorun nə üçün məhz belə bir üsula əl atdığı sonradan bəlli olur. O, izahında bununla yardımın həqiqətən də ehtiyacı olan şəxslərə çatdığını açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31