Əfsanəvi oyunçu karyerasına son qoyacaq

30.04.2020 - 13:00

Mövsümün əvvəlində “Beşiktaş”dan “Kasımpaşa”ya transfer olan ulduz futbolçu Rikardo Kuarejma karyerası haqqında qərar verib.

Publika.az-ın xəbərinə görə, 37 yaşlı futbolçu vətəni Portuqaliyaya qayıdıb karyerasına son qoymaq istəyir.

“Porto”ya qayıtmaq və karyeramı orada bitirmək istəyirəm. Amma buna təkbaşına qərar verə bilmərəm. “Kasımpaşa” ilə bu mövzuda görüşdükdən sonra dəqiqləşdirə bilərəm. Nə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, təcrübəli cinah oyunçusu ötən il Bakıya səfərində karyerasını “Beşiktaş”da bitirmək istədiyini açıqlamış, lakin klubun həmin dövrdəki prezidenti Fikret Ormanla arasında yaşanan anlaşmazlıqdan sonra “ağ-qara”ları tərk etmişdi.

Professional karyerasına “Sportinq”də başlayan Kuarejma daha sonra “Barselona”, “Porto”, “Milan”, “Çelsi” kimi dünyaca məşhur komandaların formasını geyinib. Karyerası ərzində ən çox “Beşiktaş” forması geyinib – 6 il.

Kuarejma həm də ulduz futbolçu Kriştiano Ronaldonun yaxın dostu olaraq bilinir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145653

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31