Geyim mağazalarında çətin vəziyyət: “Qaydaları pozmasaq, pul qazana bilmərik”

10.05.2020 - 23:12

Geyim mağazaları karantin rejimini niyə pozur? – İnsanla dolu geyinmə otaqları, maskasız satıcılar…

Mayın 4-dən etibarən ölkədə karantin rejimi yumşaldılıb, bir çox sahələr fəaliyyətini bərpa edib. Pandemiya dövründə fəaliyyəti bərpa edilən geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar açıqlanıb. Belə ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. Geyim satışı ilə məşğul olan sahibkarlara isə bir qadağa tətbiq edilib. Müştərilərin dəyişmə otaqlarından istifadəsi qadağan olunub.
Bəs, mağazalarda vəziyyət necədir? Mağazalarda sözügedən qadağaya əməl olunurmu?
Musavat.com-un əməkdaşı geyim mağazalarına baş çəkib və durumu izləyib. İlk diqqətimizi çəkən may ayı olmasına baxmayaraq satışda qış geyimlərinin, pencək, paltoların üstünlük təşkil etməsi oldu. “Mart ayında karantin rejimi tətbiq edildiyi üçün mağazalar fəaliyyətini dayandırdı. Yazlıq geyimləri sata bilmədik. Gələn payızda isə çoxunun modası keçəcək. İndi çalışırıq ki, həmin geyimləri sataq. Havalar isti olana kimi bacardığımızı satacağıq”- deyir qadın geyim mağazasının satıcısı.
Digər məsələ isə mağazalarda karantin rejiminin pozulmasıdır. 10 nəfərdən artıq insanın bir araya toplaşması qadağan olunsa da, bəzi mağazalarda 10-dan artıq insan vardı. Nə müştərilərin, nə də satıcıların əksəriyyəti tibbi maskadan və əlcəkdən istifadə edirdi. Dəyişmə otaqlarından istifadə qadağan edilsə də, baş çəkdiyimiz mağazalarda bu qaydaya da əməl edilmirdi.
Satıcılar isə bu qadağanın pozulmasına belə haqq qazandırdı: “İki ay mağaza işləmədi. Mallarımız qaldı əlimizdə, sata bilmədik, ziyana düşdük. Çoxunun mövsümü bitib, ya da bitmək üzrədir. Bir yolla zərərimizi azaltmağa çalışırıq. Çünki bu zərəri bizə heç kim ödəmir, ödəyən deyil. Qadınların xasiyyətini bilirsiniz. Geyinmədən paltarı almırlar. Normal vaxtda 10 paltara baxıb birini alırdılar. İndi isə daha kaprizli davranırlar. Geyimi yoxlamadan almırlar. Belə olduqda mağazanı açıb işlətməyin mənası qalmır. Çünki satış edə bilmirik. Qısaca desək, qaydaları pozmasaq, pul qaza bilmərik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146332

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930