“Qəbələ” UEFA reytinqində rekord göstəriciyə imza atdı

17.05.2020 - 17:18

“Qəbələ” komandası UEFA reytinqində rekord göstəriciyə imza atıb.“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” 148-ci pillədə qərarlaşıb.

Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda əyalət təmsilçisi 7,500 xala malikdir. Komanda 2015/2016 və 2016/2017 mövsümlərinin hərəsində 2,000 xal, 2017/2018 və 2018/2019 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da “qırmızı-qaralar” əmsalını 7,500-ə çatdırıb.

“Qəbələ” cari mövsümədək heç vaxt 148-ci mövqedə qərarlaşmayıb.

Siyahıya avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını artırıb.

2017-ci ilin yayından klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.

“Qəbələ” UEFA reytinqində

2014/2015 – 2,750 (358-ci yer)

2015/2016 – 5,225 (253-cü yer)

2016/2017 – 7,800 (185-ci yer)

2017/2018 – 5,250 (191-ci yer)

2018/2019 – 6,250 (173-cü yer)

2019/2020 – 7,500 (148-ci yer)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146876

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930