Saatlarca serial izləyib sonra özünüzü günahkar hiss edirsiniz? Bu vərdiş o qədər pis olmaya da bilər

20.05.2020 - 16:12

Serialları dalbadal yuxusuz qalmaq bahasına da olsa fasiləsiz izləyənlərdənsinizmi?

Bütün gün divanda, yataqda oturub, “o hamının haqqında bəhs etdiyi” Netflix seriallarını ardıcıl izləməyə ingilis dilində “binge watch”deyilir. Ehtimal ki, siz də belə etmisiniz. Ancaq tək deyilsiniz, xüsusilə Covid-19 infeksiyası ilə başlayan küçəyə çıxmaq qadağası səbəbilə milyonlar fasiləsiz şəkildə serial izləməyə başladı.

Serial, film platformaları rekord sayda yeni üzvlər qazanır, Netflix 2020-ci ilin ilk rübündə üzv sayını 16 milyona çatdırıb. Üstəlik bu rəqəmlər qeydə alındığında hələ küçəyə çıxmaq qadağası yox idi.

The Radio Times-ın sorğusuna əsasən, İngiltərə əhalisinin yarısı bir serialı bir oturumda 8 saat davamlı izləyib bitirdiklərini bildiriblər.

Bu vəziyyət sizə də tanışdırsa, bəlkə özünüzü günahkar hiss etdiyiniz də olur. Elə isə bu yazı dalbadal serial izləmə məsələsində sizə özünüzü daha yaxşı hiss etdirə bilər.

Sizin diqqətinizi seriala çəkmək üçün fəndlər

Fasiləsiz, saatlarla serial izləmək sizin günahınız deyil.

bu gün Azərbaycan koronavirus seriallar vərdişlərFotonun müəllifi BBC IDEAS / RİPPLE PİCTURES

Bir çox serial və platformalar sizi seriallara bağlamaq üçün müxtəlif fəndlərdən istifadə edirlər.

Televiziya tənqidçisi və yayımçı Scott Byran “Bütün sezonu bir gündə oturub izləyə bilərəm” deyir. Ancaq “dalbadal serial izləməyə təsadüfən” başladığını deyən Byran izləyicilərin buna üstünlük verdiyini belə açıqlayır:

“Neflix insanların getdikcə serialları daha çox izləməyə başladığının fərqinə vardı. Bura Dostlar (Friends) kimi daha əvvəldən bildiyiniz seriallar da daxildir… Netflix çox ağıllı formada sizi daha çox serial izləməyə təşviq edir.

Yeni bir serial, film əlavə edildiyi vaxtdan etibarən çox sürətli işləyirlər, hansı foto daha çox diqqət çəkir, niyə marağa səbəb olur, bax, bunu aydınlaşdırırlar. Bundan başqa, hər seriyanın sonunda dərhal “bağlanış şapkası” ekrana verilir və ekranı dərhal balacalaşdırıb, üst tərəfə çəkirlər, alt tərəfdə də avtomatik növbəti seriya yüklənməyə başlayır.

Beləliklə, fərqində olmadan, üç saat bir seriala ilişib qalırsınız”.

Fasiləsiz izlətmək üçün hazırlanır

Televiziya, film, serial yayım platformalarının sahibi olan şirkətlərin proqramlarını da əslində ardıcıl izlətmək üçün hazırladıqlarının fərqinə varmısınızmı?

Scott “rol sayı və hadisələrin bir-birinə bağlanması ilə təcrübələr” apardığı üçün Netflix-in bu şirkətlərin arasından sıyrılıb irəli keçdiyini deyir.

O, Netflix-in “Narıncı Yeni Qaradır” (“Orange is the New Black”) adlı serialını buna misal gətirir.

Bir serialı “ortasından izləməyəcəyinizi və ən başdan başlayacağınızı bilirlər, buna görə də, bu serialda təxminən 40-ya yaxın rol var”.

Scott “normalda bir televiziya kanalında yayımlanacaq 60 dəqiqəlik seriya ilə müqayisədə 8 saat fasiləsiz baxdığınız vaxt serialla aranızda daha dərin bağ qurduğunuzu” bildirir.

Mənfi cəhətləri də var

Bəzi mütəxəssislər çox uzun müddət televizor seyr etməyin narahatlıq və depressiyaya səbəb olacağı barədə xəbərdarlıq edirlər.

bu gün Azərbaycan koronavirus seriallar vərdişlərFotonun müəllifi BBC IDEAS / RİPPLE PİCTURES

Yaponiya mütəxəssisləri 2016-cı ildə bu vərdişlərin – uzun müddət ərzində hərəkətsiz oturmaq və ya yatmaq nəticəsində insanlarda trombların yarana və bunun “öldürücü” təsirinin də ola biləcəyini bildirmişdilər.

Psixoterapevt Hamira Riaz da proqramları fasiləsiz seyr etməyin sinir sistemimizə təsir edə biləcəyini və yuxu rejimimizi poza biləcəyini ifadə edib:

“Fasiləsiz izləmək çox uzun müddət ərzində özünüzü geniş şəkildə aktiv hala gətirməyiniz deməkdir. Bu vəziyyətdən çıxmağınız da vaxt aparacaq”.

Hamira Riaz bundan başqa, cinayət kimi zorakılıq şəhnələrinin, xüsusilə də ən sevdiyiniz xarakterin öldürülməsi kimi vəziyyətlərin “simpatik sinir sistemini aktivləşdirib, gecə yuxunuza da təsir göstərə biləcəyini” deyir.

Eşq hormonu xoş hisslər bəxş edir

Bəs, bizim eyni seriala təkrar-təkrar baxmağımıza səbəb nədir?

bu gün Azərbaycan koronavirus seriallar vərdişlərFotonun müəllifi BBC IDEAS / RİPPLE PİCTURES

Dr. Riaz “bir obrazla özümüz arasında oxşarlıq bağı qurduğumuz təqdirdə, “eşq hormonu” oksitosin artmağa başlayır. İndi məzmunlar o qədər zəngindir ki, birlikdə eyni yolçuluğa çıxa biləcəyiniz bir xarakteri tapmaq mütləq mümkün olur” deyir.

Münasibətlərimizi inkişaf etdirməyimizə kömək edir

Bu, bir qədər qəribə səslənə bilər, amma oxumağa davam etsəniz, səbəbini anlayacaqsınız.

İngiltərədə xüsusilə gənclər arasında məşhur olan “Sevgi adası” (“Love İsland”) proqramını nümunə götürək. Bu proqramda subay şəxslər bir sıra imtahanlardan keçərək özlərinə ən uyğun şəxsi tapmağa çalışırlar.

bu gün Azərbaycan koronavirus seriallar vərdişlərFotonun müəllifi BBC IDEAS / RİPPLE PİCTURES

Sevgi Adası proqramının başladığı 2019-cu ildə cütlük terapiyasına gedənlərin sayı 41 faiz artıb.

Psixoterapevt Riaz hesab edir ki, “bir serialı sona qədər izləmək üçün vaxt ayırırıqsa, deməli duyğu və münasibətlərimizi səhmana salmağa da vaxt tapa bilərik”.

Bir çoxları marağına səbəb olmuş televiziya proqramlarına qarşı duyğusal münasibət də bəsləyirlər. Xüsusilə sevimli obrazlarının başına bir iş gəldiyində bu məsələ ortaya çıxır.

Professor Riaz bunu “beynimizin həqiqi hadisələrlə xəyali hadisələr arasında fərqləndirmə apara bilməməsilə” izah edir.

bu gün Azərbaycan koronavirus seriallar vərdişlərFotonun müəllifi BBC IDEAS / RİPPLE PİCTURES

Söhbətlərdən kənarda qalmamaq

Fasiləsiz serial izləməyin səbəblərindən biri də “geri qalmaq qorxusudur”. Xüsusilə də küçəyə çıxmağın qadağan edildiyi və məşğul olacaq başqa işlərin yoxluğu dönəmində.

İnteraktiv “Binge” adlı şounun yaradıcısı Brian Lobel “Bir gün 10 saat televizor seyr etdim, üstəlik də heç sevmədim” deyir və niyə fasiləsiz proqram izləndiyini belə izah edir:

“Xalq arasında müzakirələrə qoşulmaq üçün fasiləsiz proqram izləyirik. Düşünürəm ki, bəzi məzmunlardan davamlı xəbərdar olmaqla bağlı narahatlıq var, bu da insanları daha çox davamlı proqram izləməyə təşviq edir”.

bu gün Azərbaycan koronavirus seriallar vərdişlərFotonun müəllifi BBC IDEAS / RİPPLE PİCTURES

“Məhsuldar olmadığımız” vaxtlara da ehtiyacımız var – dolayısı ilə özünüzü günahkar hiss etməyin.

Brian fasiləsiz proqram izləməyin, yəni ,”binge-watch” etməyə mənfi yanaşmanı belə açıqlayır:

“Fasiləsiz proqram izləmək (binging) mənfi təsirlər yaradır, elə deyilmi? İnsanların davamlı televizora baxmaları ilə bağlı gizli utanc hissi keçirdiklərini də gördüm. Məhsuldar olmadığımız zamanlarda utanc keçiririk.

6 saat televizora baxdım, çünki iş üçün istifadə etdiyim kompüterin beş fərqli pəncərəsi xaricində də nələrəsə baxmaq lazımdır”.

bu gün Azərbaycan koronavirus seriallar vərdişlərFotonun müəllifiBBC IDEAS / RİPPLE PİCTURES

Əgər siz də fasiləsiz serial, proqram izləyən milyonlardan birisinizsə, Brianın sözləri utanc duyğunuzun azalmasına kömək edə bilər.

“Davamlı kitab oxudum” demirik, amma bizim nəslin ən yaxşı yazıçılarından bəziləri indi televiyalar üçün işləməyə başlayıb. Mən seriallara fasiləsiz baxmağı tərgitməyi sizə məsləhət görə biləcək sonuncu adamam”.

Dolayısı ilə “binge-watch” etmək istəsəniz, yəni, fasiləsiz serial və ya proqram izləməyi planlayırsınızsa, son dəqiqəsinə, son saatına ya da son bölümünə qədər həzz ala bilərsiniz.

Bu mətn BBC Ideasbölməsindən uyğunlaşdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147134

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930