Nani Ronaldonun “Yuventus”dan sonrakı adresini açıqladı – Özü deyib

18.06.2020 - 10:57

Amerika MLS klublarından “Orlando Siti”nin formasını geyinən Luis Nani milli komandadan dostu Kriştiano Ronaldonun “Yuventus”dan ayrıldıqdan sonrakı adresini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Nani ESPN-ə açıqlamasında keçmiş klubu “Mançester Yunayted”dəki komanda yoldaşının gələcəyi barədə fikir bildirib.

Ronaldonun karyerasını MLS-də sonlandırmaq istədiyini bildirən 33 yaşlı oyunçu “Ronaldo bir neçə il əvvəl karyerasını MSL-də bitirmək istədiyini bildirmişdi. 100/100 ehtimal deyil, amma bura gəlmək ehtimalı var” ifadəsini işlədib.

Qeyd edək ki, Ronaldonun “Yuventus”dan ayrılmaq variantı gündəmdədir. Mediada superulduzun yenidən keçmiş klubları “Mançester Yunayted” və “Real”a qayıdacağı barədə xəbərlər yayılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=148474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728