“Mançester Yunayted”in əfsanəsi millimizin baş məşqçisi ola bilər

30.06.2020 - 10:53

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən daha biri bəlli olub.

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu, İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəvi futbolçularından sayılan Roy Kindir.

İrlandiyalı sabiq futbolçuya UEFA Millətlər Liqasında C Liqasında yer alan Azərbaycan yığmasına Kipr, Monteneqro və Lüksemburqla birgə yer aldığı qrupun oyunları zamanı rəhbərlik etmək təklifi ünvanlayıb. Kindən bu mərhələni keçməsi istənilib.

Nəşr bildirib ki, 49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər. Lakin o, doğru seçim etdiyinə əmin olmaq istəyir. Hazırda televiziyalardan birində ekspert kimi çalışan Kin növbəti 48 saat ərzində qərarını verməlidir. Çünki baş məşqçi axtarışları üçün müddət bitmək üzrədir.

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir.

Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin “Nottingem Forest” klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149012

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930