Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələnib

14.07.2020 - 16:00

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.

Polis Şöbəsinin əməkdaşları mərasimi başlamadan dayandırıb. Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149928

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930