Qurban Qurbanov məşhur futbolçunun transferini təsdiqlədi

19.07.2020 - 11:19
“Qarabağ” yeni transferi Kevin Medina Bakıya gəlib.
Bu barədə “Report”a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
48 yaşlı mütəxəssisin sözlərinə görə, kolumbiyalı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, 27 yaşlı oyunçunun bu gün Qəbələdə olacağını bildirib.
Qurbanov Kipr APOEL-inin yarımmüdafiəçisi Uroş Matiçlə isə danışıqların davam etdiyini söyləyib: “Hər şey müsbətə doğru gedir. Transferin alınma ehtimalı daha çoxdur”.
Baş məşqçi serbiyalı futbolçunun Bakıya gələ bilməsi üçün Operativ Qərargah və Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini vurğulayıb: “Qarşıdan avrokubok oyunları gəlir. Həmin qurumlar bu işin içindədirlər. İnanıram ki, köməklərini əsirgəməyəcəklər”.
Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya “Şaveş”i olub. Uroş Matiç isə APOEL-dən əvvəl “Koşitse” (Slovakiya), “Benfika II” (Portuqaliya), NAK (Niderland), “Şturm” (Avstriya), “Kopenhagen” (Danimarka), və “Austriya” (Avstriya) komandalarında çıxış edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=150361

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31