Ağcaqanad koronavirusa yoluxdurur? – ABŞ alimləri SON NÖQTƏNİ QOYDU

19.07.2020 - 11:31

Ağcaqanadların insanlara koronavirus yoluxdurmadığı təsdiqlənib.
Bu barədə ABŞ-ın Kanzas Universitetinin Biotəhlükəsizlik Araşdırma İnstitutunun məlumatında deyilir.

Institutun rəhbəri Stiven Hiqqs və həmkarlarının Baytarlıq Fakültəsinin işçiləri ilə birgə apardığı araşdırma nəticəsində bu qənaətə gəlinib. Araşdırmada yeni tip koronavirusun “Aedes aegypti”, “Aedes albopictus” və “Culex quinquefasciatus” adlı 3 geniş yayılmış ağcaqanad növündə çoxalmadığı, dolayısı ilə insanlara yoluxdura bilmədiyi məlum olub.

Mövzu ilə bağlı ilk eksperimental iş olan araşdırmanın məqaləsi “Scientific Reports” dərgisində yayımlanıb.(publika)

Short URL: http://www.cumhuriyyet.net/?p=150368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31