Xalq artisti göz yaşına boğuldu: “Elə bilirəm canımdan can gedib”

21.07.2020 - 13:06

“Yaşlı adamların evdə oturması, havasız qalması elə ölümə bərabərdir. Lakin buna rəğmən, gözləmək və dözmək məcburiyyətindəyik”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Yasin Qarayev sərt karantində evdə oturan yaşlıların durumunu dəyərləndirərkən deyib.

Aktyor rayonlardan fərqli olaraq, paytaxt Bakıda vəziyyətin daha çətin olduğunu bildirib:

“Bir müddət əvvəl çəkilişlərlə əlaqədar bölgələrdə olduq. Hava o qədər təmiz idi ki, ora heç bir virus daxil ola bilməz. Amma şəhərdə çətindir. Həyat hərəkətdədir, hərəkətsiz olmaq həyatın dayanması deməkdir. Amma dövlətimiz əgər belə qərar veribsə, dözməliyik, deyilənlərə əməl etməliyik. Xəstəliyin qarşısını almaq üçün başqa çıxış yolumuz da yoxdur. Bir yandan cəbhə bölgəsində yaşananlar, bir yandan da pandemiya. Ağır dönəm yaşayırq. Ermənilərin törətdiyi təxribat nəticəsində nə qədər igidlərləriniz torpaq uğrunda şəhid oldu. Heç bir halda sakitləşə bilmirəm. Gecə-gündüz ağlayıram, elə bilirəm canımdan can gedib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=150553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31