Koronavirusdan sağalanlarda yeni fəsad müşahidə edilib

02.08.2020 - 13:23

Koronavirusdan sağalan insanlarda eşitmə ilə bağlı problemlər yaranıb.

“SelectNews”un məlumatına görə, Mançester Universitetinin alimlərinin bununla bağlı tədqiqatları “American Journal of Otolaryngology” nəşrində dərc edilib.

Mütəxəssislər koronavirusdan sağalan 121 nəfəri nəzarətdə saxlayıblar. Onlardan 16-sı eşitmələrinin zəiflədiyini bildirib. Bu problem onlar xəstəxanadan çıxdıqdan iki ay sonra yaranıb.

Mütəxəssislərin fikrincə bu, eşitmə siniri boyunca siqnalların beyinə ötürülməsinin pozulduğu eşitmə nevropatiyası ilə bağlı ola bilər.

Bununla birlikdə alimlər stress və infeksiyaya qarşı istifadə olunan dərmanların da koronavirusdan sağalanlarda eşitmə ilə bağlı problem yarada biləcəyini düşünürlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=151595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31