“Bu gün dünyanın ən xoşbəxt insanı mənəm” – Naqelsmann

14.08.2020 - 13:02

“Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında “Atletiko”ya qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyunu (2:1) şərh edib.

Qol.az xəbər verir ki, o, matçla bağlı bunları deyib: “Bu gün dünyanın ən xoşbəxt insanı mənəm. İlk hissədə çox şansımız olmadı, amma yaxşı müdafiə olunduq. “Atletiko”ya qarşı oyunlarda istədiyin qədər qol epizodu yaratmaq çətindir.Rəqibin qapısının yaxınlığında bir az daha təhlükəli idik. Yarımfinalda olmağımız yaxşıdır. Bu qələbəni qeyd etmək üçün çox vaxtımız olmayacaq. Bəlkə oteldə birlikdə pivə içəcəyik və sonra PSJ ilə oyunu düşünəcəyik”.

33 yaşlı mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları PSJ ilə matçın çətin keçəcəyini söyləyib: “Sürətli müdafiə olunmalıyıq. Rəqibin xeyli ulduz futbolçusu var. Qarşıda çətin oyunumuz var, amma planlarımız olacaq”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=152251

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930