Donald Trampın qardaşı öldü

16.08.2020 - 12:33

ABŞ Prezidenti Donald Trampın qardaşı Robert Tramp şənbə günü vəfat edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti 71 yaşlı qardaşı barədə bu ifadələri işlədib: “Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım deyildi, o mənim ən yaxşı dostum idi. Onsuz çox darıxacağıq, amma yenidən görüşəcəyik. Onun xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq. Robert, mən səni sevirəm. Rahat yat”.

Xatırladaq ki, Robert Tramp sonuncu dəfə cümə günü Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Prezident Tramp onu ziyarət edərkən səhhətinin o qədər də yaxşı olmadığını bildirilmişdi: “Ümid edirəm ki, hər şey qaydasında olacaq. Ancaq hazırda o, çətin anlar yaşayır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728