Ronaldinyo ev dustaqlığından azad edildi – FOTO
Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə France-Press agentliyi məlumat yayıb.
Məhkəmə qərarına əsasən, Ronaldinyo 90 min dollar, qardaşı Roberto de Assis Moreyra isə 110 min dollar cərimə ödəməlidir.
Eyni zamanda eks dünya çempionu 1 il ərzində və onun qardaşı isə 2 il ərzində hər 3 aydan bir məhkəməyə gəlməlidir.
Futbolçunun harasa getməsində heç bir problem olmayacaq, lakin o, bu barədə məhkəməyə məlumat verməlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=152937