4 futbolçunun “Barselona”dan gedəcəyi dəqiqləşdi

25.08.2020 - 11:47

 İspaniya mətbuatı “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın komandadan uzaqlaşdırmaq istədiyi oyunçuların kimlər olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Arturo Vidal, İvan Rakitiç, Samuel Umtiti və Luis Suarez yeni baş məşqçinin planlarına daxil deyil.

Hər üç oyunçunun yaşı 30-u keçib və bəzi mənbələrdə Umtitinin hələ də DÇ-2018-də aldığı zədələrlə mübarizə apardığı bildirilir.

“Barselona”nın “Bavariya”ya sarsıdıcı şəkildə məğlub olması Vidal və Suarezin klubdakı gələcəyinə təsir edir. Bundan əlavə, Rakitiç komandada əsasən əvəzedici oyunçu kimi çıxış edərkən, Umtiti zədələrinə görə çox oynaya bilməmişdi.

Yeni baş məşqçi Kuman gələn mövsümdə bu oyunçulara çox güvənmədiyi üçün onları komandadan uzaqlaşdıra bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152943

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930