Messini almağa yaxın klublar – 2 favorit

26.08.2020 - 14:00

İspaniya mediası “Barselona”dan ayrılacağı gözlənilən Lionel Messini transfer etməyə yaxın olan klubların adlarını açıqlayıb.

Qol.az-ın xəbərinə görə, sport.es saytı yazır ki, PSJ və “Mançester Yunayted” argentinalını almaq üçün favorit sayılır. Bildirilir ki, bu iki klub transferi gerçəkləşdirmək məqsədilə daha artıq səy göstərəcəklər. Bunun üçün onların müəyyən məbləğdə təzminat ödəməyə hazır olacağı da iddia edilib.

Qeyd edək ki, dünən İspaniya mətbuatı Messinin “Barselona”nı tərk etmək üçün qəti qərar verdiyi və bu haqda klubu məlumatlandırdığı haqda xəbər yayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=153045

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728