Genin redaktəsi sistemini yaradanlara Nobel mükafatı veriləcək

07.10.2020 - 15:19

Cennifer Dudna və Emmanuel Şarpantye 2020-ci il üçün Kimya üzrə Nobel mükafatına layiq görülüblər.

Report TASS-a istinadən xəbər verir ki, bunu Nobel Mükafatı Komitəsinin rəsmi nümayəndəsi bildirib.

Dudna və Şarpantye “CRİSPR/Cas9” genomunun redaktəsi sistemini yaradıblar. Bu sistemə “genləri bərpa edən DNT-nin qayçısı”da deyirlər. Bunun vasitəsilə insanların və heyvanların genlərini redaktə etmək olar. Məsələn, QİÇS, diabet, leykemiya, şizofreniya zamanı yoluxmuş T-limfositləri kənarlaşdırmaq üçün istifadə edilə bilər.

2020-ci ildə Nobel mükafatının təntənəli təqdimetmə mərasimi keçirilməyəcək. Laureatlara medal və diplomları İsveç səfirliyinin əməkdaşları, ya da ötənilki laureatlar təqdim edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=155590

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31