Faydasız arıqlama metodları açıqlandı

11.10.2020 - 10:19

Həkim və teleaparıcı Aleksandr Myasnikov “Rusiya 1” telekanalının efirində artıq çəki ilə mübarizədə təsirsiz metodlardan danışıb.

“RİA Novosti” bu barədə xəbər verir.

O, bədənin müəyyən nahiyələrinin soyuq hava kütləsinə məruz qaldığı və liposaksiya effekti bağışlayan kriolipoliz prosedurunu nümunə göstərib. Bu prosedurun yalnız qarın altındakı və ya buddakı yağ təbəqəsində lokal qüsurları olanlara uyğun olduğunu söyləyib.

“Piy – endokrin orqandır və onun funksiyası və biokimyası tam öyrənilməyib. Liposaksiya zamanı bədəndə elektrolit tarazlığı pozula, bu isə ürək çatışmazlığına səbəb ola bilər”, – deyə, həkim aydınlıq gətirib.

A.Myasnikov son zamanlar məşhur olan vakuum aparat masajlarından da bəhs edib.

Mütəxəssis artıq çəkinin hormonlardan asılı olduğunu qeyd edib. O, orqanizmdə maddələr mübadiləsini sürətləndirmək və hormon sistemini “aldatmaq” üçün fiziki aktivliyi artırmağı və həyat tərzini tamamilə dəyişməyi məsləhət görüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155810

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031