Sinan Akçıl Azərbaycan üçün çağırış etdi: “Bir az daha hissiyyatlı olun”

15.10.2020 - 11:01

Türkiyənin tanınmış sənətçisi Sinan Akçıl da Azərbaycan üçün dəstək nümayiş etdirib.

Musavat.com bildirir ki, müğənni Sinan Akçıl öz “İnstagram” səhifəsində Azərbaycanın işğaldan azad olunmuş ərazisində bayrağımızın dalğalandırıldığı kadrları paylaşaraq, qeyd edib: “Gerçək qəhrəmanlıq izləmək istəyirsinizsə, bu kadrlara baxın”.

Sinan Akçıl daha sonra Ermənistanın Gəncədə törətdiyi terrordan söz açıb, sənət dostlarını Azərbaycan üçün daha hissiyyatlı olmağa çağırıb: “Bütün qəlbimlə Gəncəyə keçmiş olsun deyirəm.

Azərbaycandan (mən də daxil) onlarla pul qazanmış, hər dəfə möhtəşəm qarşılanmış, sevgiyə boğulmuş müğənni dostlarım, siz də bir az daha hissiyyatlı olun!”.

Xatırladaq ki, Azərbaycanda vətən mübaribəsi başlayan andan Türkiyənin bir çox məşhur sənətçiləri, o cümlədən Murat Boz, Doğuş, Seda Sayan, Mahsun Kırmızıgül, Nebahat Çehre, Mustafa Ceceli, Alişan, Tuvana Türkay Azərbaycana dəstək mesajları veriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156097

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31