Dəhliz kənarıyla qaçan Alabaş

05.11.2020 - 10:25

Yazının başlığı, yəqin ki, 45+ yaşlı ədəbiyyat həvəskarlarına tanış gəldi. Bu, indiki 18- yaşlı gənclərə tanış gəlməyə bilər. Çünki indikilər roman oxumur, tvit oxuyur, bir də uzun filmə-zada baxmırlar, vayna (vine) baxırlar.

Xüləs. Böyük sovet-qırğız yazıçısı Çingiz Aytmatovun 1977-ci ildə yazdığı roman təxminən belə adlanır. İntəhası, orada söhbət dəniz kənarıyla qaçan alabaşdan gedir. Əsərin rusca adı belədir: “Peqiy pёs, bequhiy kraem morə”. Yaxşı əsərdir.

“Peqiy” sözü isə hamıya tanış gəlməlidir. Bugünlərdə Peqov soyadlı jurnalist ölkəmizdə çox məşhurdur. “Peqiy” bizim dildə “alabaş” deməkdir. Peqov soyadlı mürtəd isə dəniz kənarıyla yox, dəhliz kənarıyla ora-bura qaçır, gah Hadrutda peyda olur, gah Martunidə görünür, gah da Laçın dəhlizinin kənarıyla Xankəndinə qaçır, arada qaçıb Xabarovska getmişdi, sonra yenidən qayıdıb Ambarsumun xarabasına gəldi.

Adamı əcəl girləyir, buna söz yox. Özünə “artsaxın hərbi rəhbərliyi” adı qoyanlarnı ard-arda yaman günə qoyulma videosunun çıxdığı bu günlərdə, onları o vəziyyətə salan dronların biri də Semyon Peqova dəyəcək əvvəl-axır. Çünki atalar da deyib ki, gəzən ayağa daş dəyər. Bombanın, güllənin altında çox gəzənə də, hər halda, futbol topu dəyməz, başqa top dəyər.

Bəs bu Alabaşovu Qarabağın dərələrində ora-bura qaçmağa nə vadar edir? Bəlkə peşəsinə sevgi? Oxşamır. Adamın tipində sənətinə sevgidən əsər yoxdur. Bu peşənin yiyələrinin hansısa bir həqiqəti üzə çıxarandan sonra ləzzətlə gərnəşmələri var, amma hiss olunur ki, Semyon yalan üstünə yalan danışmaqdan ləzzət alır. Ordumuz Hadrutda bir-iki alayı dağıdıb, qovub, məhv edib şəhəri almışdı, amma Peqovla Ovannisyan cütlüyü sona qədər dirəşdilər, Hadrutu bizə “vermədilər”. Bu saat da ermənilərin yarısı və Peqovun videolarını izləyərnlərin hamısı elə bilirlər, Hadrut ermənilərin nəzarətindədir. Eybi yox, qoy elə bilsinlər. Nə ziyanı var?

Bəs ola bilərmi ki, Peqovu “erməni həqiqətlərini dünyaya çatdırmaq” ehtirası rahat qoymur? Bu da deyil. Bütün dünya “ermənilərin həqiqətləri”ndən xəbərdardır. Gah “Azərbaycan ordusu iki rus sərhədçisini öldürdü”, gah da “Azərbaycan artilleriyasının mərmisi İran ərazisinə düşdü” kimi xəbərlər yayırlar. Onların “həqiqəti”nin hamısı aşağı-yuxarı bu cür fitnə-feilldir. Axırda adı çəkilən ölkələrin rəsmiləri açıqlama verib deyirlər ki, elə şey yoxdur. Bu günə düşən məmurda bir misqal abır-həya olsa, boynuna boz çatı salıb özünü asar.

Hiss olunur ki, S.Peqov ya pul-para üçün bu yoldadır, ya da macəraçıdır. İkisi də ola bilər. Bunlar bir-birinə mane olmur. Hazırda dünyada macəraçılığı ilə babat pul qazananlar çoxdur. Fəqət bu xətalı məşğuliyyətdir. Bir saat sonraya etibar, sağ qalacağına təminat yoxdursa, andıra qalsın elə sərvət də, şöhrət də, hətta mötərizə arasında “ölümündən sonra” qeydi ilə təqdim olunacaq təltif də.

O, bütün varlığı ilə bizə qarşıdır, ağzına gələni yazır, çəkir, göstərir, danışır. Başqa sözlə, adam bizə düşməndir, düşmənçilik edir, əlindəki silah Artaşesin əlindəki bazuka qədər təhlükəlidir, çünki eyzən yalan saçır. Əgər belədirsə, bir gün bəd xəbəri gələndə bu ölkədə hamı sevinəcək, elə hesab edəcəklər ki, dronumuz içində polkovnik gedən daha bir UAZ-ı vurub.

Amma şəxsən mən istəyirəm ki, Peqov öz xəta-balasını bizdən uzaq eləsin. Ona görə yox ki, həmkarımızdır, elə həmkarı olmaz olsun. Ona görə ki, Peqova bir şey olacaq, arada “Sərhədsiz Reportyorlar” təşkilatının 2020-ci ildə qaynar nöqtələrdə həyatını itirən jurnalistlərə dair statistikası böyüyəcək, adımız da əbəs yerə hallanacaq.

Heç kim də deməyəcək ki, bu “Peqiy pyos” özünü əzizləndiyi yerə qaçan keçi kimi aparırdı, gedirdi, yenə gəlirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156900

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930