“Cəbhəyə oxumaq yox, vuruşmaq üçün gəlmişəm” – müğənni Vüqar Muradov
Müğənni Vüqar Muradov da ikinci Qarabağ müharibəsi başlayanda cəbhəyə yollanan məşhurlar sırasındadır.
Musavat.com xəbər verir ki, sənətçi sosial media hesabında oktyabrın 20-dən döyüşlərə qatıldığını yazıb:
“Azərbaycan Respublikasına xidmət edirəm və bundan şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm”.
O, daha sonra Şuşaya getdikləri anın görüntüsünü yayımlayaraq, bunları qeyd edib:
“Noyabrın 8-i səhər saat 8 -də Şuşaya giririk… Başda Ali Baş Komandanım İlham Əliyev olmaqla müharibə başlayandan yerinə uzanıb yatmayan, əsgərlərlə birlikdə yalnız ön cəbhədə olan əvəzolunmaz komandirim Hikmət Mirzəyevə təşəkkürlər. Azərbaycan xalqı, var olun, güclü dəstəyiniz orduya ruh verdi”.
Short URL: http://www.cumhuriyyet.net/?p=157159