16 məşhur “Qələbə” üçün bir araya gəldi VİDEO
Müğənni Murad Arif “Qələbə” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Musavat.com xəbər verir ki, ekran işini “Baku Media Center” lentə alıb. Bəstənin müəllifi Murad Arifdir. Klipdə 16 məşhur sima rol alıb.
Müğənni bildirib ki, mahnını 4 il əvvəl bəstələsə də, bu günlərdə təqdim edib: “Bu nəğmə üçün daha münasib vaxt ola bilməzdi. Heç vaxt vətənpərvərlik mövzusunda yazmadım. Pafoslu, saxta olmasından çəkindim. Bu kamança və rok qarışıqlı musiqi hələ 2016-ci ilin aprel hadisələrindən təsirlənərək yazılmışdı. Düz 4 il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət, içimdəki hisslər musiqiyə uyğun oldu”.
Short URL: http://www.cumhuriyyet.net/?p=157357