Ərdoğandan maraqlı addım: “Qəfildən çörək sexinə gedib… ” – Fotolar
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəfildən bir çörək sexini ziyarət etməsi böyük maraqla qarşılanıb.
Müsavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident İstanbuldakı iqamətgahına gedərkən Çəngəlköydə avtomobilindən düşərək, çörək sexini ziyarət edib.
Ərdoğan sexdən kəpəkli çörək, noxudlu çörək və simit də daxil olmaqla bir neçə məhsul alıb.
Sexin sahibi Canik Askeroğlunun sözlərinə görə, Prezident onunla və işçilərlə söhbətləşərək, məkanda gigiyena qaydalarına riayət olunmasından məmnunluğunu bildirib.


Short URL: http://www.cumhuriyyet.net/?p=158629