Proqnoz vermək niyə çətindir…

26.12.2020 - 11:18

Etiraf edək ki, proqnoz vermək elə də xoşagələn məşğuliyyət deyil. Məsələ bundadır ki, bu təsadüf və xaosla dolu qeyri-determinist dünyada onlar heç də tez-tez doğrulmur.

Məsələn, belə götürəndə kim güman edə bilərdi ki, çox ağır pandemik il həm də Azərbaycan və azərbaycanlılarçün Dağlıq Qarabağ münaqisəsi konteksində qələbə ili olacaq..

Amma bütün bunlara baxmayaraq, istəsən də, istəməsən də, yeni ilin ərəfəsi həmişə sosial-iqtisadi və siyasi proqnozlar məqamıdır və oxucu da belə proqnozları çox maraqla izləyir.

Bəli, biz demək olar ki, nəinki 3-cü Qarabağ savaşını, hətta çətin pandemik müharibənin ən əsas mərhələsini artıq arxada qoymaqdayıq.

Sonuncu ilə bağlı deyək ki, dünyanın böyük və aparıcı dövlətləri artıq vaksinasiya prosesinə başlayıblar. Bizim hökumətin təmsilçilərinin də dediyinə görə, müvafiq proses gələn ilin əvvəlində Azərbaycanda da start götürəcək.

Odur ki, burada da mübaliğəsiz demək olardı ki, indi cəmiyyətimizi daha çox bir sual düşündürür: növbəti ildə devalvasiya olacaqmı? Əlbəttə, bu məsələ ilə bağlı da ən mötəbər mənbə hökumət təmsilçiləri və bank sferasının nümayəndələridir.
Biz bu sətirləri yazanda parlamentdə büdcə müzakirələri gedirdi və nazirlərin çıxış və bəyanatlarından bir daha əmin olduq ki, narahatlıq üçün elə bir əsas yoxdur, çünki hökumət üzvləri iqtisadiyyatda növbəti ildə böyük enmələrin olacağı fikrində deyillər.

Amma belə qiymətləndirmələr insanlarımızın şübhələrini tamam aradan qaldırmır.

Birincisi, ilk devalvasiya zamanı da məsul şəxslər belə deyirdilər: narahatlıq üçün heç bir əsas yoxdur, hər şey qaydasında və nəzarətdədir və s. və i.

İkincisi, adətən rəsmilər bütün dünyada belə edirlər. Bircə anlığa təsəvvür edin ki, hökumət devalvasiya bağlı qərarın hətta təxmini vaxtını deyir.

Razı olun ki, hətta bu halda insanlar arasında böyük sosial panika yaranar, onlar mağaza və banklara hücum cəkərləri ki, özlərini uzun müddətə tələbat malları ilə təmin etsinlər və pullarını daha dayanıqlı xarici valyutayalara dəyişsinlər!..

Üçüncüsü, hələ pandemiyaya qədər hökumətimizin təmsilçiləri deyirdilər ki, yaxın illərdə manatın “üzən məzənnə”sinə keçiləcək ki, dövləti onun kursunu müəyyən həddə saxlamaq üçün bazara əlavə vəsait emissiya etmək məcburiyyətində azad etmək mümkün olsun.

Amma nə qədər ki, məmurlar bu cür qərarların qəbul olunmasını inkar edirlər, bizim onlara inanmamaq üçün elə bir əsasımız yoxdur. Üstəgəl, bir sıra amillər var ki, onlar bizdən hökumətə inanmağı tələb edir.

Birincisi, Azərbaycan hələ ilk növbədə neft ölkəsidir və onun iqtisadiyyatı dünya neft bazarındakı qiymətlərə çox həssasdır. Amma neftin qiymətilə bağlı onu demək olar ki, ötən müddətdə kəskin enişlər müşahidə olunsa da, katastrofik enmələr də olmadı.

İkincisi, ölkə pandemik rejimdən hələ çıxmayıbdı və ölkə iqtisadiyyatının böyük bölümləri ya fəaliyyətini tamam dayandırıb, ya da məhdud şəkildə fəaliyyət göstərir və insanlar da bir il ərazində əsasən bu vaxtadək topladıqları vəsaitləri xərcləyiblər. Ona görə də ikinci devalvasiya onlar üçün daha bir sosial zərbə olardı.

Əlbəttə, milli valyutanın “üzən mənnə”sinə keçmək müəyyən mənada qaçılmaz prosesdir, amma bunun üçün ölkə iqtisadiyyatının daha stabil məqamlarını seçmək daha dügün olardı ki, ağır sosial nəticələri olmasın. Azərbaycanın neftdən əlavə həm də qaz resursları da var və bunlar ölkəninin valyuta ehtiyatlarını bir az da artırmaq gücündə olacaqdır. Bu işdə tələsik qərar vermək, bir daha deyirik ki, acı sosial nəticələrə gətirib çıxara bilər.

İnsanlar indi, xüsusən də ağır pandemiyadan sonra ölkənin sosial-iqtisadi sferasında yeni dirçəlmə gözləyirlər, çünki Qarabağın azad olmuş rayonları həm də iş yerləri, milli işgüzar təbəqəyçün yeni biznes layihələri deməkdir.

Bəli, bəzi ilkin təxminlərimiz bunlardır. Əlbəttə, belə bir deyim var ki, biz niyyət edirik, Tanrı isə qərar verir.

Amma Yaradan insanlar üçün bir azadlıq yeri də qoyur və biz bu azadlıqdan istifadə etməliyik ki, ölkə iqtisadiyyatını, ümumiyyətlə, həyatımızı yenidən etibarlı relslər üzərinə qaytara bilək. Əlbəttə, əvvəl cəmi bəşəriyyətlə birlikdə konoravirusdan və onun miraslarından qurtulmalıyıq, sonra isə yeni həyata başlamalı və bir daha deyirik ki, öz iqtisadiyyatımızı və sosial iqlimimizi dirçəltməliyik…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031