Xalq artisti oğlunun həbsində özünü günahkar bilir

09.02.2021 - 11:30

“Ümumiyyətlə, ailə özü kəsilməmiş bir qarpızdır. Bilmək olmur… Ailə mürəkkəb münasibətlər aləmidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Mətanətli səhər” proqramında dünyasını dəyişən oğlu Fərid Quliyevdən danışarkən deyib. O bildirib ki, oğlunun tərbiyəsi ilə düzgün məşğul olmayıb, lazımi diqqəti ayırmayıb:

“Mən səyahətlərdə, tamaşalarda olurdum, övladıma diqqət yetirmirdim. Harda olursansa, maraqlanmalısan, övladının kimlərin əhatəsində olduğunu bilməlisən.

Övlad dünyaya gətirirlər ki, ictimai bir insan yetişdirsinlər. Hər valideyn öz övladına dəstək olmalıdır. Bəzi ailələri görürəm ki, özü alimdir, oğlunu da bu cür yetişdirmək istəyir. Əgər ata-ana o istedad qığılcımını görürsə, kömək etməlidir. Zorla heç nə etmək olmaz”.

Qeyd edək ki, Xalq artistinin oğlu Fərid Quliyev təxminən 12 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. O, 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160938

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031