Azyaşlı qızların qənimi Asratyan– 17 zorlamaya, 2 qətlə görə mühakimə olunan, arzuladığı hökmü alan manyak

09.02.2021 - 15:32

O, törətdiyi cinayətlərin izini itirmək üçün bütün mümkün variantlardan istifadə edib. Fərqli eynəklər taxmaqla, saqqal saxlamaqla, yaşayış yerini tez-tez dəyişməklə, ayrı-ayrı məclislərdə özünü ayrı-ayrı peşə sahibi kimi təqdim etməklə diqqətdən kənarda qalmağa çalışıb. Amma bu imic və peşə dəyişiklikləri altında çox da uzun müddətə maskalanmaq mümkün olmayıb. Valeri Asratyan sonda “rejissor” kimi ələ keçib.

Valeri Asratyan 1958-ci ildə İrəvanda anadan olub. Orta təhsilini başa vurduqdan sonra İrəvan Pedaqoji İnstitutunda məktəbəqədər pedaqogika və psixologiya fakültəsində ali təhsil alıb. İlk əmək fəaliyyətinə psixoloq kimi əqli cəhətdən qüsurlu uşaqlar üçün nəzərdə tutulan xüsusi internatda başlayıb. Elə buradan da onun azyaşlı qızlara meylliliyi başlayıb. Azyaşlı qızların əqli xəstəliyindən istifadə edən Asratyan öz manyak ehtirasını ilk dəfə elə bu internatda söndürüb.

1981-ci ildə Valeri Asratyan milliyyətcə rus olan bir qızla evlənərək Moskvaya köçüb. Artıq bir ildən sonra, 1982-ci ildə onun törətdiyi cinayətin üstü açılıb. Asratyan zorlamada ittiham olunaraq 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Azadlığa çıxdıqdan bir neçə ay sonra Asratyan yenidən eyni maddə ilə dəmir barmaqlıqlar arasına düşüb. Bu dəfə şikayətçi öz şikayətini geri götürdüyündən o, həbsxanada cəmi iki il qalıb.

33.jpg (53 KB)

Moskva milisində seksual manyak kimi qeydiyyata düşən Asratyan paytaxtda cinayət əməllərini davam etdirə bilməyəcəyindən Belqorod vilayətinin Valyuki şəhərinə köçüb. Ancaq kiçik bir şəhərdə yeni qurbanlar tapmaq onun üçün müşkülə çevrilib və Asratyan bir ildən sonra yenidən Moskvaya qayıdıb.

Moskvada ailəsi Asratyanı qəbul etməyib. O, Mariya adlı bir qadınla tanış olaraq onun evinə köçüb. Elə növbəti qurbanını da Mariyanın mənzilində tapıb. Belə ki, Asratyan qadının 14 yaşlı psixoloji problemi olan qızını anasının gözü qarşısında zorlayıb.

Mariyanın mənzilində yaşayarkən Asratyan törədəcəyi cinayətlərin asanlaşdırılması üçün yeni vasitə tapıb. Mariyanın qızının xəstəliyi ilə bağlı qəbul etdiyi psixotrop dərmanlar onun diqqətindən yayınmayıb. Həmin dərmanların qəbulundan sonra 14 yaşlı qızın necə huşsuz vəziyyətə düşməsini şahidi olan Asratyan elə onun reseptləri ilə dərman əldə edə bilib.

EnR2wm22QBE.jpg (167 KB)

Valeri Asratyan digər manyaklar kimi narkomanları, küçədə qalanları, kimsəsizləri, valideyn himayəsindən məhrum olanları, milis şöbələrində qeydiyyata düşənləri hədəf seçməyib. O, hədəfi öz zövqünə uyğun seçib. Tələsmədən növbəti qurbanını özünə cəlb etməyə müvəffəq olub. Kiçik hədiyyələrlə, normal insanlar kimi kinoya dəvət etməklə, özünü yüksək intellekt sahibi kimi tanıtmaqla son məqama yetişib. Əsas hədəfləri isə 14-17 yaşlı qızlar olub.

İlk tanışlıqdan Asratyan yaş fərqinə görə qızlara eşq elan etməyib. Yaxşı anlayıb ki, bu inandırıcı görünməyəcək. O özünü rejissor kimi təqdim edib. Danışıqlarında rejissor sahəsinə aid olan terminlərdən istifadə edib, qurbanını tam inandırıb. Sonra isə həmin qızlara kinoya çəkilmək təklifi verib. Təbii ki, sovet dövründə kinoya çəkilmək əlçatmaz bir arzu olub. Daha inandırıcı görünmək üçün Asratyan qızları ilk olaraq epizod rollara “dəvət” edib. Bir-iki görüşdən sonra o, sınaq çəkilişləri haqqında söhbət açıb. Bunun üçün xüsusi studiyaya ehtiyac olmadığını bildirib. Elə mənzil şəraitində də çəkilişin mümkünlüyünü söyləyib.

DghV1iq_7vI.jpg (51 KB)

Valeri Asratyan maddi durumunu yaxşılaşdırmaq, dəblə geyinmək, restoranlarda hesab vermək, növbəti qurbanlarına hədiyyələr almaq üçün hədəf seçimində imkanlı ailələrin qızlarına daha çox üstünlük verib. Məqsədinə çatandan sonra o, rahatlıqla onları qarət edib.

Beləliklə 16 ay ərzində Valeri Asratyan qızların öz mənzillərində və özünün kirayə tutduğu mənzildə, qəhvələrinə, şərablarına psixotrop dərmanlar qatmaqla huşsuz vəziyyətə salaraq 17 qızı zorlayıb.

Cinayət əməllərinin üstünün açılacağından qorxan Asratyan belə qərara gəlib ki, zorladığı qızları öldürməklə izləri itirə bilər. Azğınlaşmış manyak iki nəfəri qətlə yetirib, altı nəfərə isə ağır bədən xəsarətləri yetirib.

9IK6z7n16Gs.jpg (73 KB)

Nəhayət, 1990-cı ildə Moskva Daxili İşlər İdarəsində silsilə zorlama, qətl, qəsdən adamöldürmə faktları ilə bağlı xüsusi əməliyyat qrupu yaradılıb. Ağır bədən xəsarəti almış qızlardan birinin ifadələri ilə cinayətkarın fotorobotu hazırlanıb. Həmin qız hadisə zamanı huşsuz vəziyyətə düşməsinə baxmayaraq hadisənin baş verdiyi yeri təxmin edə bilib.

Valeri Asratyan iş başında ələ keçib. Böyük Teatrın qarşısında “aktrisa” axtarışına çıxan Asratyana mülki geyimli bir şəxs yaxınlaşıb:

– Rejissor, biz sizi çoxdan gözləyirdik.

KiolJES91Wk.jpg (133 KB)

Asratyan əvvəlcə heç nə anlamayıb. Saniyələr ərzində qollarına qandal keçiriləndə “rejissor” filmin sonunun gəldiyini başa düşüb. Müqavimət göstərmək istəsə də, onu bir anın içərisində “sakitləşdiriblər”. O, üzünü sakitcə mülki geyimli şəxsə tutub:

– Sizi qətl hadisələri maraqlandırırsa, hamısını danışmağa hazıram.

Məhkəmədə Valeri Asratyan bütün cinayət əməllərini etiraf edib və o, məhkəmədən ona ölüm hökmünün verilməsini xahiş edib. Asratyan yaxşı anlayıb ki, azyaşlı qızların zorlanması maddəsi ilə onu həbsxanada nə gözləyir. Məhkəmə erməni manyakın “arzusunu” həyata keçirib – Valeri Asratyan ölüm hökmünə məhkum edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161010

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728