Samirənin “Eurovision”da oxuması üçün 6 mahnı seçildi

11.02.2021 - 15:40

Ölkəmizi “Eurovision-2021”də təmsil edəcək Samirə Əfəndinin oxuyacağı mahnı üçün seçim davam edir.

Musavat.com xəbər verir ki, “INFE Azərbaycan” seçilən 6 mahnının adını açıqlayıb. Bildirilib ki, Samirə beynəlxalq yarışmada “Mata Hari”, “Ratata”, “When I’m gone”, “Manifesto”, “Breathing you”, “Owe you pretty” mahnılarından birini oxuyacaq.

Mahnılar arasında “When I’m gone” və “Breathing you” ballada stilindədir. Digər dördü isə uptempodur. Bu mahnılardan birinin müəllifi ötən il Əfəndinin “Eurovision” üçün ifa etdiyi “Cleopatra” mahnısının müəllifidir.

Sona qalan 6 mahnı Əfəndinin ifasında “Focus Group”a təqdim olunub. Mahnı adları seçimdən sonra komanda tərəfindən dəyişdirilə bilər.

Qeyd edək ki, “Eurovision 2021” mayın 18-dən 22-nə kimi Hollandiyanın Rotterdam şəhərində keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=161187

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728