Faşizmi pisləmək yetərli deyil, Janna!..

13.02.2021 - 14:41

İndi də nasist əlaltısı Qaregin Njdenin Xocavənddə qoyulmuş abidəsi ilə bağlı Ermənistanda ağlaşma başlayıb. Qarabağdakı separatçı tör-töküntülərin qalıqları isə lap yaxa cırır, az qala, dəli olmaq vəziyyətinə gəliblər. Hərgah, bunlar çoxdanın psixopat toplumudur.

Məsələn, 44 günlük savaş zamanı oyuncaq “drq”in oyuncaq “ombudsmanı” rolunu oynayan, hazırda isə özünü Araikin “mətbuat və informasiya katibi” kimi təqdim edən Artak Beqlaryan başından yekə iddiada bulanaraq deyir ki, “Njde bizim üçün milli dəyərdir və heç kim bizim ərazimizdə (?!- Z.S.) ona toxuna, abidəsini uçura bilməz”.

Hər şey qırağa, bununla o, siçan kimi arxasında gizləndiyi rus sülhməramlılarının ölkəsinə – Rusiyaya meydan oxuyub. Hər necə olmasa, Rusiyada faşizmə, Njdeyə münasibət bəllidir…

Məlumatlara görə, qatı Türk düşməni olan, tarixi yurd yerlərimizdə, xüsusən də Zəngəzurda etnik təmizləmə əməliyyatlarına başçılıq eləmiş, “Dünyada sonuncu Türk kar, kor, lal da olsa, məhv edilməlidir!” ultra-millətçi şüarının müəllifi olmuş bu erməni alçağın ərziməzdəki qanunsuz simvolu artıq sökülüb. Onun davamçıları özlərini xəbərsiz kimi aparsalar da.

“Azərbaycanlılar bizim üstümüzdə o qədər üstünlük əldə ediblər ki, artıq bizə “Kapan” “f” hərfi ilə yazılmalıdır deyirlər. İndi də Martunidəki (Xocavənd – Z.S.) Qaregin Njdenin abidəsinin sökülməsini tələb edirlər. Njde Süniki (Zəngəzuru – Z.S.) saxlayan şəxsdir. Ona görə də azərbaycanlılar onun abidəsini yığışdırmaq istəyirlər. Çünki Süniki (Zəngəzuru – Z.S.) almaq istəyirlər. Hazırda Sünik (Zəngəzur – Z.S.) uğrunda müharibə gedir və Njde də Sünikin ((Zəngəzurun – Z.S.) bir simvoludur”.

Faşizmin üfunətli iyini verən bu sitat isə Ermənistanda 17 müxalifət partiyasının baş nazirliyə irəli sürdüyü vahid namizəd, separatçıların keçmiş liderlərindən biri olmuş Vazgen Manukyana məxsusdur. İndi belə bir nasist sevdalısının Allah eləməmiş, hakimiyyətə gəlməsindən bizə, lap elə erməni xalqına hansısa xeyri gələ bilərmi? Elə Paşinyan oturub da yerində.

Hərçənd Nikolu da antifaşist adlandırmaq mümkün deyil. Ona görə ki, iqtidarda olduğu 3 il ərzində Rusiyadan, Azərbaycandan, İsraildən səslənın sərt tələblərə rəğmən, Njdenin İrəvanda Serj Sərkisyan dövründə ucaldılmış və ermənilərin faktiki ziyarət yerinə çevrilmiş 6 metrlik abidəsini hələ də de-montaj eləməyib. Əksinə, Njdeyə ünvanlı haqlı və kəskin arqumentlərə qarşı çıxaraq, ən yüksək tribunalardan onu açıq müdafiə edib, hətta “Njde Türkiyəyə qarşı milli-azadlıq hərəkatına rəhbərlik edib” kimi sərsəmləməni belə dilə gətirib.

Amma yaxşı ki, ermənilər arasında antifaşistlərin də səsi ara-sıra çıxır. Mədəniyyət nazirinin müavini Janna Andreasyan kimi. Dünən o, yerli televiziyada çıxışı zamanı Q.Njde ilə bağlı kifayət qədər cəsarətli fikirlər söyləyib, onun ultra-millətçi “tsexakronizm” ideologiyasının təhlükəsindən danışıb. Bu, qonşu ölkədə yüksək çinli bir məmurun Njdenin faşist təliminə qarşı ilk açıq çıxışı sayıla bilər.

“Njde ideologiyası əslində faşist ideologiyasıdır. Özü-özlüyündə, o, XXI əsrin toplumu olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya qarşı aqressiya əsasında, özünü bütün dünyadan ayırmaq və digər bütün cəmiyyətlərdən özünün üstünlüyünü nümayiş etdirmək üzərində qurulub. Əgər onun təlimindən gəlişigözəl sözləri kənar eləsək, yerdə yalnız dediyim bu çox təhlükəli nüvə qalacaq” – Andreasyan vurğulayıb.

Nazir müavini erməni cəmiyyətinin daha bu cür yaşamalı olmadığını düşünür: “Yəni hər kəsə yuxarıdan aşağı baxmaq və bu zaman hamının sənə yaxşı yanaşacağını gözləmək, belə şey olmur. Biz ətrafımızdakı hər kəsin sadəcə, küt olduğunu düşünüb hamını nəzarətimizdə saxlamağa çalışa bilmərik. Belə yaşamaq mümkün deyil. Erməni xalqının başqa konsepsiyalara ehtiyacı var”.

Erməni olanda nə olar. Haqlıdır.

Ancaq faşizmi pisləmək, yetərli deyil, işin yalnız əvvəlidir. Başqa millətlərə yuxarıdan aşağı baxmağı təbliğ edən faşizmə qarşı gərəkdir həm də dözümsüz olasan. Elliklə. “Zülmə dözən olmasa, zülm olmaz”. Faşizm də elə. Fərq eləməz, Njdenin əsasını qoyduğu sarsaq təlim – erməni faşizmi olsun, ya alman faşizmi. Ən əsası, buna indi hamıdan çox erməni xalqının özünün ehtiyacı var…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161406

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930