Türkiyə və FAO Azərbaycanda meşələrin yeni bölgüsünü təklif edir
Azərbaycanda meşəbəyliklərin və meşə dolaylarının sayının artırılması təklif olunur.
APA-nın xəbərinə görə, bu, Hesablama Palatasının “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsinin nəticələri haqqında” auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, hazırda Türkiyə dövlətinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Meşələrin İnkişafı Xidməti tərəfindən müasir metodlarla aparılan meşə quruluşu işləri zamanı dolayların ərazisinin müasir normalara uyğun olaraq bölünməsi layihələndirilib, mövcud meşəbəyliklərin sayının 110- dan 151-ə, meşə dolaylarının isə 968-dən 1122-ə artırılması barədə təkliflər hazırlanaraq müvafiq rəy verilməsi üçün aidiyyəti dövlət qurumlarına təqdim olunub.
Həmçinin meşə mühafizə işçilərinin müasir texnika, avadanlıqlar və digər zəruri vasitələrlə təmin edilməsi üçün müvafiq sənədlər hazırlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=170493